Dünya 11:07 23.06.2022

İranda növbətli dəfə alkoqoldan kütləvi zəhərlənmə - Ölənlər var

Xuzistanda alkoqoldan zəhərlənmə iki nəfərin ölümünə, 76 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

Əhvaz Tibb Elmləri Universitetinin prorektoru Həbib Heybər çərşənbə günü axşam saatlarında baş vermış hadisə haqqında bildirib ki, xəstəxanaya yerləşdirilənlərin sayı 76 nəfər olub ki, bunlardan üç nəfərı ölub, üç nəfəri isə komaya düşüb, vəziyyətləri ağırdır.

İyunun 21-də isə Ərdəbil vilayətinin Meşginşəhr şəhərində 12 nəfərin ad günü məclisində əl istehsallı spirtli içki qəbulu səbəbindən zəhərlənib, onlardan biri ölüb, biri isə komadafır.

Bu ilin may ayında isə Hürmüzqan əyalətində ən azı 12 nəfər evdə hazırlanmış spirtli içki qəbul edərək həyatını itirib.

Xatırladaq ki, İranda spirtli içkilərin satışı qanunsuzdur və bu səbəbdən onun istehsalı və satışı gizli biznesə çevrilib. Bu içkilərin qeyri-standart istehsalı İranın müxtəlif bölgələrində hər il bir neçə istehlakçının ölümünə səbəb olur.

M.Arıf