Dünya 10:51 23.06.2022

Polşa hakimiyyəti Rusiya qazı olmadan yaşaya biləcəyini açıqladı

Polşa Rusiya qazı olmadan yaşaya biləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə respublika hökumətinin strateji enerji infrastrukturu üzrə səlahiyyətli nümayəndəsi Pyotr Naimski Ukrayna ətrafında vəziyyətlə bağlı Aİ və ABŞ ölkələrinin forumunda bildirib.

Bankier.pl-in məlumatına görə, Naimski izah edib ki, bu, Swinoujscie-də LNG terminalı və Polşa dövlətinə məxsus Qaz-System və Danimarka Enerjinetinin birgə layihəsi olan Baltic Pipe qaz kəməri sayəsində mümkün olacaq.

Hökumət sözçüsü vurğulayıb ki, müqavilə ilin sonuna qədər qüvvədə olsa da, "Qazprom" apreldə qaz tədarükünü dayandırıb. Eyni zamanda, onun sözlərinə görə, hazırda Polşanın qaz anbarları 100% doludur və ölkə daxili yanacağa olan tələbatı ödəyə biləcək.

Xatırladaq ki, aprelin sonunda "Qazprom” yanacağın rublla ödənilməməsinə görə Polşaya qaz nəqlini dayandırıb. Varşavada Rusiya prezidenti Vladimir Putinin martın sonundakı fərmanı ilə tətbiq edilən yeni ödəniş şərtləri razılaşmanın pozulması kimi qiymətləndirilib.
 
Alpər